“Xətai” stansiyası təmirə bağlanacaq…

“Bakı Metropoliteni” QSC-nin “Xətai” stansiyası 2018-ci ildə təmirə bağlanacaq.

Etikxeber.az  xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, “Xətai” metro stansiyası 1968-ci ildə istifadəyə verilib. Buradakı eskalatorlar da 1968-ci ildə quraşdırılıb. Gələn il həmin eskalatorlar 50 illik istismar müddətini başa vuracaq. Bu səbəbdən 2018-ci ildə “Xətai” metro stansiyası təmirə bağlanacaq.

N.Paşayev qeyd ki, təmir işlərinə “Sahil” metro stansiyası yayda istifadəyə verildikdən sonra başlanılması nəzərdə tutulur və təmir işləri həyata keçirildiyi zaman sərnişinlər “Xətai” metrosundan istifadə edə bilməyəcəklər.

Etikxeber.az

Read Previous

“İşğalçı ilə işğala məruz qalanı kompromisə çağırmağın özü təhlükəli mövqedir” – ƏLİ HƏSƏNOV

Read Next

Müdafiə naziri bayramlar münasibətilə hərbi tibb müəssisələrində oldu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir