Xəzər Dəniz Gəmiçiliyi: Güclü qasırğa qəza yerində xilasetmə işlərini çətinləşdirib

“Dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində “Azneft” İB-nin N. Nərimanov adına Neft-QazÇıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın dənizə düşməsi barədə məlumat “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə daxil olan kimi dərhal Gəmiçilik tərəfindən təxirəsalınmaz tədbirlər görülüb”.

Bu barədə Etikxeber.az-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, SOCAR və Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlanılaraq, hadisə yerinə tələb olunan gəmilər mobilizasiya olunub.

Qəza nəticəsində itkin düşənlərin axtarışı və xilas olunması məqsədilə Gəmiçiliyin “Lənkəran”, “Vadim Seyidov” “Gültəkin Əsgərova”, “Aura”,  “Qaradağ-8”, “Qaradağ-4”, “Ramiz Hacıyev”, “Avior”,  AXDG-yə məxsus FHN tərəfindən idarə olunan olan “Vixr-5” və “Vixr-8” gəmiləri dərhal hadisə yerinə səfərbər edilib.

Əməliyyatlara həmçinin AXDG-Caspian Marine Services Alyansının “Xudafərin”,  AXDG-BUE Caspian Alyansının “Caspian Pride” və  “Caspian Provider” gəmiləri də cəlb olunub.

Hadisə ilə əlaqədar “AXDG” QSC-nin Böhran Qrupu SOCAR-ın və FHN-nin səlahiyyətli şəxsləri ilə daimi əlaqə saxlayaraq,  xilasetmə əməliyyatlarında iştirak edən gəmilərin işlərini koordinasiya edir.

Ağır hava şəraiti və güclü qasırğa qəza yerində xilasetmə işlərinin aparılmasını çətinləşdirib.

Etikxeber.az

Read Previous

Nazir: “Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərinə səfərləri tanımırıq”

Read Next

GUAM getdikcə daha cəlbedici təşkilata çevrilir – BAŞ KATİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir