Oktyabrın 5-də Xəzər dənizində 4,1 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Etikxeber.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 12:21-də Xəzər dənizində qeydə alınıb. Yeraltı təkanın ocağı 60 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
Etikxeber.az