Xəzərin statusu haqda Konvensiya imzalandı- BƏYANATLAR VERİLDİ – FOTOLAR-YENİLƏNİB

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Etikxeber.az xəbər verir ki, Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər imzalanıb.

xazar-ilya-2

***

xazar-ilya-4

Sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Zirvə toplantısında imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı və digər sənədləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında bəyanatla çıxış edib.

Sonra dövlət başçıları birgə foto çəkdiriblər.

Etikxeber.az

Read Previous

Əliyev Xəzəryanı dövlətlərin başçılarının V Zirvə toplantısında çıxış etdi – FOTOLAR

Read Next

Əliyev həm Nazarbayevlə, həm də Ruhani ilə təkbətək görüşdü – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir