Xəbərdarlıq: Yağmurlu hava davam edəcək

YaqisH

Bakı və Abşeron yarımadasında sentyabrın 3-dəhava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu yarımadada gecə 18-21°, gündüz  25-28°, Bakıda gecə 19-21°, gündüz 26-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 759  mm  civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95%, gündüz 60-70% təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz bəzi rayonlarda tədricən kəsiləcəyi  gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23°, gündüz  26-31°i, dağlarda gecə 10-15°, gündüz  16-21° isti olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

Azərbaycanlı iş adamının istehsal etdiyi məhsul beynəlxalq müsabiqədə qızıl medala layiq görüldü

Read Next

Markalanmayan 41 min 200 ədəd siqaret aşkar edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir