“Xərclədik və xərcləyirik…”-İLHAM ƏLİYEV

Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun sağlamlığıdır. Bu, onu göstərir ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsarətli addımlardır.

Etikxeber.az-ın xəbərinə görə, bunu ölkə Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı deyib.

“Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, – baxmayaraq ki, neftin qiyməti düşüb, – xərclədik və xərcləyirik. İnsanların sağlamlığı birinci yerdədir. Bu, onu göstərdi ki, ən çətin böhranlı anlarda biz düzgün addım ata bilərik və güclü iradə göstərə bilərik. Mən hər gün insanlardan yüzlərlə təşəkkür məktubu alıram. Onların cəmi bir hissəsi mətbuatda dərc edilir. İnsanlar bu məktublarda minnətdarlıqlarını bildirirlər. Mənim üçün görülmüş bu işlərə verilmiş ən yüksək qiymət vətəndaşların buna münasibətidir…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq…”- Prezident Ağcabədiyə-SƏFƏR ETDİ, AÇILIŞLARDA OLDU – FOTOLAR – YENİLƏNİB – (6)

Read Next

“Bu il də quraqlıqdır, keçən il də quraqlıq idi…”-PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir