“Xəstəxana ilə əlaqə saxladım, məlum oldu ki…”-AYDIN MİRZƏZADƏ MİNGƏÇEVİRDƏ BAŞ VERƏN HADİSƏDƏN DANIŞDI

Dünən axşam mətbuatda Mingəçevirdə bir mənzildə qaz sobasının üzərindəki maye dolu qabın partlaması nəticəsində ər və arvadın yanıq xəsarəti alması barədə məlumat yayıldı.Dərhal Mingəçevir şəhər xəstəxanası ilə əlaqə saxladım.Məlum oldu ki, qaz sobası üzərindəki qaynar su ilə dolu çaydan götürüləndə onun dəstəyi qopub və qaynar su soba yanında olan ər və arvadın əllərinə tökülüb.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Qeyd edib ki, dərhal çağrılan təcili tibbi yardım tərəfindən onlara yardım göstərilib və onların xəstəxanaya aparılmasına ehtiyac qalmayıb.

“Ailə başçısı Rahim İbrahimova zəng etdim, vəziyyətləri ilə maraqlandım. Ailə şəraitlərini soruşdum, müəyyən məsələlərinə kömək etməyə söz verdim.Eyni zamanda, Ramazan bayramı olmasını nəzərə alaraq ailəyə ərzaq yardımı da göndərdim”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“Əsas odur ki, seçicinin səsi həmişə bizə çatır…”-BƏHRUZ MƏHƏRRƏMOV

Read Next

Deputat növbəti onlayn qəbul keçirdi-10 SEÇİCİNİ DİNLƏDİ VƏ…-FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir