“Səccadın valideynləri və qohumları ilə söhbət etdim, həkimlə söhbətimi onlara danışdım, onları dinlədim… “-AYDIN MİRZƏZADƏ – YENİLƏNİB

İndicə Mingəçevir şəhər xəstəxanası ilə əlaqə saxlayaraq, dünən Mingəçevirdə baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan insanların vəziyyəti ilə bir daha maraqlandım və məlumat aldım. Dünən onlarla bağlı bir neçə dəfə şəhərə zəng etmişdim.13 nəfər xəsarət alanlardan 9 nəfərinə ilikn yardım göstərilərək evə buraxılb.Xəstəxanada qalan 4 uşaqdan biri dünən təcili şəkildə Bakı Sağlamlıq Mərkəzinə göndərilib.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Qeyd edib ki, qalan 3 uşaq Mingəçevir şəhər xəstəxanasında müalicə alır, valideynləri yanlarındadır.

“Bu gün Bakıya göndərilimiş uşağın yanına gedəcəyəm. Allah hamısına şəfa versin. Həkimlərimizlə fəxr edir, onlara minnətdarlığımızı bildiririk”-deyə, o, əlavə edib.

10:37

***

“Bu gün Bakı Sağlamlıq Mərkəzinə gedib Mingəçevirdə ağır avtomobil qəzasına düçar olmuş və təcili gətirilərək bu tibb mərkəzinə yerləşdirimiş beş yaşlı Səccad Məmmədlinin vəziyyəti ilə maraqlandım.Səccad reanimasiyadadır. Müalicə həkimi ilə söhbət etdim. Uşağın başdan zədəsi yoxdur”.

Bunu da bir az öncə A. Mirzəzadə qeyd edib.

“Ağciyərlə və bir neçə zədəsi ilə bağlı müalicəsi aparılır, uşaq ciddi nəzarətdədir. Müalicə tibbi sığorta hesabına aparılır. Səccadın valideynləri və qohumları ilə söhbət etdim. Həkimlə söhbətimi onlara danışdım, onları dinlədim. Onlara maddi yardım təklif etsəm də, imtina etdilər. Uşaqla vaxtaşırı maraqlanacağam”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Yollar o qədər də yaxşı vəziyyətdə deyil…”-Prezident – İlham Əliyevlə Mehriban Əliyeva-ŞAMAXIDA – FOTOLAR -YENİLƏNİB – (7)

Read Next

“Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil…”-ANAR MƏMMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir