Xəzərdə gəmidə qəza baş verdi- 14 NƏFƏR YARALANDI

“İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən qəza nəticəsində yaralananlar xəstəxanaya çatdırılıb.

Etikxeber.az “Saipem” şirkətinə istinadla xəbər verir ki, mayın 8-də, saat 18:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində avadanlıqda baş verən nasazlıq nəticəsində yanğın hadisəsi olub.

gəmi

Yanğın zamanı gəmi heyətindən olmayan 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar “Citadel” gəmisi vasitəsilə Bakı sahilinə çatdırılaraq dərhal Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb.

Hadisə “Saipem” şirkəti tərəfindən nəzarətə götürülüb və müntəzəm olaraq ictimaiyyətə məlumat veriləcək.

Həmçinin vurğulanıb ki, baş vermiş hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və gəminin gələcəkdə təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur.

Etikxeber.az

Read Previous

Deputatlar Azərbaycanın narahatçılığını gürcülərin diqqətinə çatdırdı – FOTO – YENİLƏNİB

Read Next

Faşizm üzərində Qələbədən 74 il ötür

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir