Xəzərlə bağlı açıq qalan məsələlər müzakirə ediləcək – HİKMƏT HACIYEV

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Xəzəryanı ölkələrin dövlət başçılarının imzaladığı Aktau Konvensiyası tarixi bir addım və tarixi bir razılaşma idi. Çünki hələ ötən əsrin 90-cı illərinin ortalarından etibarən belə bir sənədin imzalanması üzərində iş aparılırdı. Yəni, bu işin alınması, baş tutması üçün bütün dövlət rəhbərləri böyük əmək, zəhmət sərf etmişdi. Burada biz həm də çoxtərəfli danışıqların, diplomatiyanın bir təntənəsini gördük.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Aktau Konvensiyasından sonra Xəzərlə bağlı hələ də bəzi razılaşdırılmamış məsələlərin qalmasına, xüsusən, “Transxəzər”-in gələcək taleyi, hərbi donanmamlarla bağlı məsələnin gələcəkdə gərginliklərə səbəb ola biləcəyi məsələsinə münasibətini bildirərkən deyib.

xazar-ilya-4
XİN rəsmisi bildirib ki, Xəzəryanı dövlətlərin başçıları Xəzər məsələsində birgə səylərlə komromis, konsensus ruhlu və qarşılıqlı anlıaşma şəraitində yekun bir sənədi ərsəyə gətirdilər.

Bununla yanaşı, H. Hacıyevin qeyd etdiyinə görə, hər hansı bir məsələdə də dövlətlər arasında fəqrli yanaşmaların, fərqli fikirlərin olması normaldır:

“Hətta, ailədə iki qardaş, iki dost arasında da bəzən fərqli mövqelər olur və bu da normal qəbul olunur, olunmalıdır. Burada ən əsası, ən vacibi anlaşılmazlıqların aradan qaldırılması, onların nmmizamlanmasıdır. Bu baxımdan, Xəzər məsələsində də bütün Xəzəryanı dövlətlər nümayiş etdirdilər ki, biz sivil qaydada, qarşılıqlı anlaşma şəraitində, konstruktiv bir formada ciddi bir addıma imza atdıq.

Konvensiyanın özündə də bir sıra məsələlər qeyd olundu və onların üzərində işlər bundan sonra da davam etdiriləcək. Yəni, Aktau Kommünikesində də qeyd olunub ki, bir sıra məsələr var ki, onlar üzərində işlər davam etdirilsin.

Hesab edirik ki, bunlar da normaldır.

Ən vacibi odur ki, Xəzərdə dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma və etimad mühitini yarada bilmişik və birgə səylərlə bu mühiti daha da möhkəmləndirməlik, qorumalıyıq, inkişaf etdirməliyik.

Açıq qalan məsələlərə gəlincə, Kommünikedə də qeyd olunub ki, xarici işlər nazirlərinin müavinləri və üzv dövlərlərin Xəzər üzrə xüsusi nümayəndələri səviyyəsində  məşvərətçi və müntəzəm surətdə fəaliyyət göstərən bir mexanizm yaradılsın. Həmçinin, görüşlər keçirilərək, açıq qalan məsələlər üzrə müzakirələr davam etdirilsin. Belə görüşlərdən biri də və ilki Azərbaycanda, Bakı şəhərində keçiriləcək. Payız ayıarında nəzərdə tutulur ki, bu görüş baş tutsun.

Ona görə də biz bu Konvensiyanın imzalanmasını tarixi bir hadisə kimi qiymətləndiririk və hesab edirik ki, bu, bütün Xəzər ölkələrinin mənafeyinə cavab verən bir məsələdir. Bu, eyni zamanda, Xəzər dənizində müəyyənliyin, qarşılıqlı etimad mühitinin yaranmasına xidmət etmiş bir məqamdır. Həmçinin, hərbi quruculuq məsələsində tam etimad mühitinin yaranmasına, formalaşçasına gətirib çıxaracaq bir sənəddir”.

hikmat-oxu-2

XİN sözçüsü bildirib ki, məsələn, müddəalardan biri odur ki, hərbi quruculuq və hərbi dəniz donanmalarının inkişafı prosesində qarşılıqlı etimad tədbirləri formalaşdırlsın.

“Yəni, Xəzəryanı dövlətlər öz birgə səyləri ilə qarşılıqlı etimad tədbirlərini formalaşdıracaqlar ki, şəffaflıq daha da artsın və əməkdaşlıq imkanları daha da möhkəmlənsin. Bu, Xəzəryanı dövlərlərin heç bir kənar müdaxilə, heç bir təsir olmadan öz xoş niyyətləri ilə yaratdıqları hüquqi bir rejimdir. Nəticə etibarı ilə də bu rejim əsasında Xəzər dənizində sivil, hüquqi davranış kodeksi formalaşır ki, bu da dövlətlərarası münasibətlərdə çox vacib əhəmiyyət daşlıyan bir normadır”-deyə, H. Hacıyev əlavə edib.

Etikxeber.az

Read Previous

Separatçı Zaxarçenko terrakt nəticəsində həlak oldu – YENİLƏNİB

Read Next

Cebhe.info 3 yaşında :“Cümhuriyət” qəzetinin bərpasından da 3 il ötür

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir