Xəzərlə bağlı İşçi qrupunun ilk yüksək səviyyəli toplantısı Azərbaycanda keçiriləcək – SƏFİR – FOTO

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması mühüm tarixi hadisədir. Xəzəryanı ölkələr bu razılaşma üzərində 20 ildən çox işləyiblər.

Etikxeber.az xəbər verir ki, bu sözləri Rusiyanın Azərbaycandaki səfiri Mixail Boçarnikov avqustun 20-də keçirilən mətbuat konfransında deyib.

rus sefir

Səfir qeyd edib ki, bu Konvensiya milli maraqlara cavab verən və qarşılıqlı fayda verəcək razılaşmadır:

“Xəzər dənizində artıq beynəlxalq hüquqi rejim müəyyən edilib. Bu sənəd Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək”.

M.Boçarnikov diqqətə çatdırıb ki, Xəzəryanı dövlətlərin başçıları tərəfindən işçi qrupu yaradılıb. İşçi qrupunun ilk yüksək səviyyəli toplantısı bu ilin sonuna qədər Azərbaycanda keçiriləcək.

Etikxeber.az

Read Previous

Prezident Хüsusi Dövlət Mühafizə Хidmətinin bir qrup hərbi qulluqçusunu təltif etdi – SİYAHI

Read Next

Qarabağla bağlı danışıqlarda bir qədər irəliləyiş müşahidə olunur? – AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir