Xəzəryanı dövlətlər əməkdaşlıq haqqında yeni protokol imzaladı

Bu gün Aşqabadda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın sahəvi qurumlarının rəhbərləri “Xəzər dənizində naviqasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Protokol imzalayıb.

Etikxeber.az-ın “Moskovskiy Komsomolets” qəzetinə istinadən verdiyi məlumata görə, sənəd Xəzərdə mütəşəkkil cinayətkarlıq, terrorizm, qanunsuz silah və narkotik vasitə dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyaya  qarşı birgə mübarizə üçün hüquqi zəmin yaradır.

Eyni zamanda protokolda Xəzərdə dəniz gəmiçiliyinin təhlükəsizliyinin qorunmasına, xilasetmə əməliyyatına dair müddəalar yer alıb. Protokol Xəzərdə dəniz limanlarına nəzarətin təmin edilməsini, gəmilərin hərəkətinə xarici amillərin, məsələn, dənizin çirkləndirilməsinin, sualtı naqillərin, qazma platformalarının, kəmərlərin mənfi təsirlərinin qarşısının alınmasını nəzərdə tutur.

Etikxeber.az

Read Previous

Prezident: Münasibətlər müxtəlif istiqamətlərdə, təhsil sahəsində də inkişaf edir -YENİLƏNİB

Read Next

Sabah havanın hərarəti bir neçə dərəcə yüksələcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir