“Xaçaturovun fəaliyyəti Azərbaycan ictimaiyyətinin diqqətində olacaq” – MİRZƏZADƏ

“Bu günlərdə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəsi general Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi təyin edilib. Azərbaycan torpaqlarını işğal edən dövlətin sabiq baş qərargah rəisinin beynəlxalq təşkilatın rəhbəri seçilməsi Azərbaycanı laqeyd qoya bilməz”.

Etikxeber.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə deyib.

O, deyib ki, Xaçaturov Azərbaycan torpaqlarının işğalında iştirak etmiş və mövqelərimizə qarşı vaxtaşırı provokasiyalar təşkil edən bir insandır.

“Buna görə də Xaçaturovun fəaliyyəti daim Azərbaycan ictimaiyyətinin diqqətində olacaq. Digər tərəfdən Ermənistandan başqa KTMT-yə daxil olan digər beş ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onlar ötən ilin aprelində Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarını dəstəkləmədilər. Bu Ermənistan üçün, həmçinin, Xaçaturov üçün ciddi bir xatırlatmadır.

Xaçaturov istədi-istəmədi KTMT-nin nizamnaməsinə uyğun hərəkət etməli olacaq. Əgər səlahiyyətindən kənar bəyanatlar verərsə, onda həmin təşkilatın üzvü olan dövlətlərin ciddi etirazı ilə qarşılaşacaq. Eyni zamanda, Azərbaycan da bu məsələni diqqətdən kənarda qoymayacaq.

Xaçaturov bilməlidir ki, Azərbaycan müstəqil ölkədir, BMT tərəfindən tanınmış sərhədləri var. Xaçaturov etdiyi əməllərin əksinə olaraq, bu gün özünü diplomat, hüquqa bağlı insan kimi aparmalıdır”-deyə, deputat sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Uçqun oldu, yol bağlandı – Şahdağ Milli Parkında

Read Next

“Vətənpərvərlik hissinin yeni ideyalar ətrafında aşılanması zərurətə çevrilib” – DEPUTAT – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir