Xaləddin İsgəndərov: “YAP siyasi partiyaların brendidir”

“Yeni Azərbaycan Partiyası (YAP) siyasi partiyaların brendidir”.

Etikxeber.az xəbər verir ki, bunu Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov YAP-ın yaranmasının 24 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

İcra başçısı deyib ki, Azərbaycanda çoxsaylı partiyalar olsa da, YAP bu partiyalar sırasında brenddir:

“YAP-ın ətrafında daha geniş xalq kütləsinin birləşməsi bunu bir daha sübut edr. Bu partiyada təkcə kəmiyyət deyil, keyfiyyətə də önəm verilir”.

X.İsgəndərov son günlər yağan yağışlarla əlaqədar paytaxtın Binəqədi rayonu ərazisində yolların və evlərin su altında qalmasına da toxunub:

“Son günlər Bakıda yağan güclü yağışlar nəticəsində ən çox ziyan çəkən rayon Binəqədi olub. Yağış nəticəsində 5 min ev ziyan çəkib. Bu zaman mən müşavirə keçirərək, yaranmış vəziyyəti maraqlanmışam. Müvafiq tapşırıqlar vermişəm. Gənc əqidədaşlarımızdan biri söhbət zamanı bildirib ki, axı bizim orada nə işimiz var. Doğrudur, o dediyi bu sözə görə sonradan peşiman olub. Ancaq mən ona bildirdim ki, ölkə başçısı cənab İlham Əliyev hardadırsa, biz də orada olmalıyıq. Xalqın problemi varsa, orada mütləq olmalıyıq. Əgər kim bu cür düşünmürsə, bu onların ən böyük siyasi səhvidir”.

Etikxeber.az

Read Previous

Nəriman Əzimov Gəncədə dəfn edildi

Read Next

Uorlikə gələcək fəaliyyətində uğurlar arzu edirik – XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir