“Xalam bundu” komediyasının premyerası olacaq

Oktyabrın 30-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Yuri Polyakovun “Xalam bundu” komediyasının premyerası olacaq.

Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, tamaşa Rus Dram Teatrının baş rejissoru, Xalq Artisti Aleksandr Şarovskinin quruluşunda təqdim ediləcək. Tamaşanın dekorasiya rəssamı Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasova, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cahangir Zülfüqarovdur.

Baş rolları Xalq artistləri Məbud Məhərrəmov, Aleksandra Nikuşina, Səfa Mirzəhəsənov, Əməkdar artistlər Fuad Osmanov, Mələk Abbaszadə, Salman Bayramov, aktyorlar Mariya Dubovitskaya, Tamilla Abutalıbova, Oleq Əmirbəyov və başqaları ifa edəcək.

Etikxeber.az

Read Previous

“Ciddi şəkildə futbol azarkeşliyinə keçmək zamanı gəlib çatıb” – DEPUTAT

Read Next

Atəşkəs rejimi ümumilikdə 24 dəfə pozulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir