Xalq artisti beynəlxalq tədbirdə ölkəmizi təmsil edəcək

Dekabrın 1-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək V Beynəlxalq Mədəniyyət Forumunda ölkəmiz də təmsil olunacaq. Belə ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının bədii rəhbəri, Xalq Artisti Kamilla Hüseynova forumun “Balet və rəqs” bölməsində iştirak edəcək.

Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, MDB-nin yaradılmasının 25 illiyinə həsr olunmuş tədbirdə quruma daxil olan ölkələrin milli balet truppalarının bədii rəhbərləri öz ölkələrində xoreoqrafiya sənətinin inkişaf təcrübələrini bölüşəcəklər.

Dekabrın 3-dək davam edəcək tədbirdə aktrisamız müstəqillik illərində Azərbaycanda balet sənətinin inkişafı sahəsində görülən işlər və qazanılan nailiyyətlər mövzusunda məruzə ilə çıxış edəcək.

Etikxeber.az

Read Previous

Bosniya və Herseqovinanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Read Next

Dekabr ayına olan hava proqnozu açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir