Xalq artisti “Qafil oyan” və “Yarımı buldum” dedi … – NƏZAKƏT TEYMUROVADAN MÖHTƏŞƏM SOLO KONSERT- FOTO

Beynəlxalq Muğam Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Xalq artisti Nəzakət Teymurovanın “Qəlb aynası” adlı solo konserti olub.

Etikxeber.az-ın xəbərinə görə, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi Nəsimi poeziyasının dərinliyindən danışaraq, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər kimi qiymətləndirərək, bunun ictimaiyyətimiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

nazaket

Konsertdə Azərbaycanın Xalq artisti Nəzakət Teymurovanın ifasında İmadəddin Nəsiminin “Dilbəra mən səndən ayrı”, “Məndə sığar iki cahan”, “Qafil oyan”, “Qəlb aynası”, “Yarımı buldum” və digər şerlərinə bəstələnmiş mahnılar və maraqlı musiqi nömrələri dinlənilib.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində milli ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam etməkdədir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

İlham Əliyev Putinə başsağlığı verdi

Read Next

Birinci ledi Azərbaycan xalqını təbrik etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir