Xalq artisti, tanınmış diktor Sabir Ələsgərov 84 yaşında-VƏFAT ETDİ

Xalq artisti, tanınmış diktor Sabir Ələsgərov vəfat edib.

Etikxeber.az xəbər verir ki, uzun müddətdir xəstəlikdən əziyyət çəkən S.Ələsgərov bu gün 84 yaşında vəfat edib və dəfn olunub.

Qeyd edək ki, Sabir  Mәmmәd oğlu Ələsgərov 27 oktyabr 1936-cı ildə  Tbilisidə anadan olub.

1961-ci ildə Azәrbaycan Pedaqoji Rus Dili vә Ədәbiyyatı İnstitutunu  bitirib. Azәrbaycan Dövlәt Teleradio Verilişlәri Komitәsindә (indiki Azәrbaycan Televiziya vә Radio Verilişlәri QSC) fәaliyyәtә başlayan S.Ələsgərov 1966–72 illәrdә radionun, 1972–90 illәrdә  televiziyanın baş diktoru, 1990–2006 illәrdә televiziyanın diktorlar şöbәsinin müdiri olub. “Xәbәrlәr” informasiya proqramının, “Sәadәt”, “Günün nәbzi”, “Sәfa” vә s. verilişlәrin daimi aparıcısı olub.

Hökumәt tәdbirlәri vә bayram şәnliklәrindәn reportajların, dövlәt әhәmiyyәtli verilişlәrin hazırlanıb efirә verilmәsindә yaxından iştirak edib.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

Ordumuz Ağdama Azərbaycan Bayrağını-SANCDI – FOTO-VİDEO

Read Next

“YAP-ın yaranmasının 28-ci ildönümü xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf edir: Bu günlər Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş hadisələr yaşandı…”-ELDAR İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir