Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Noyabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Artisti Yaşar Nurinin anadan olmasının 65 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Etikxeber.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə sənətkarın həyat və yaradıcılığından, sənət fəaliyyətindən danışılacaq. Mərasimdə sənətkarın xatirəsinə həsr olunmuş fotosərgi açılacaq, vaxtı ilə iştirak etdiyi səhnə əsərlərindən fraqmentlər təqdim olunacaq.
Qeyd edək ki, teatr aktyoru kimi tanınan Y.Nuri, həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazanan çoxlu ekran obrazları var. Sənətkar 50-dək bədii filmə çəkilməklə yanaşı, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada və satirik səhnəciklərdə iştirak edib, böyük tamaşaçı auditoriyası qazanıb.
Etikxeber.az