Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Etikxeber.az xəbər verir ki, hadisə rayonun Xanabad kəndi ərazisində qeydə alınıb. “VAZ-2106” markalı maşın “Pikap” tipli avtomobillə toqquşub.
Qəza nəticəsində Şəki rayon sakini, 1966-cı il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb.
Şəki rayon sakinləri – 1986-cı il təvəllüdlü Məmmədkərimov Əli Mövsüm oğlu, 1991-ci il təvəllüdlü Məmmədkərimov Mahal Mövsüm oğlu, 1988-ci il təvəllüdlü Pirməmmədov Turan Namiq oğlu və 1991-ci il təvəllüdlü Orxan Allahverdiyev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb.
***
Yevlaxda baş verən yol qəzasında ölən şəxs Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovaların qohumudur.
Qəzada dünyasını dəyişən Mövsüm Məmmədkərimov Gülyanaq və Gülyaz Məmmədovaların bacısının əridir. Qəza baş verən avtomobildə M.Məmmədkərimovun 2 övladı da olub.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Allah rəhmət etsin!
Etikxeber.az