Xalq artistləri İtaliyada ustad dərsi keçəcək

Martın 19-dan 26-dək İtaliyanın Florensiya şəhərinin L.Kerrubunu adına Konservatoriyasında “Erasmus” layihəsi çərçivəsində ustad dərsləri təşkil olunacaq.

Etikxeber.az xəbər verir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Florensiya Konservatoriyasının birgə layihəsi əsasında reallaşacaq ustad dərsləri çərçivəsində konsert proqramı da təqdim ediləcək.

Ustad dərsləri və konsert Bakı Musiqi Akademiyasının professorları, tanınmış vokalçılarımız Xalq artistləri Xuraman və Fidan Qasımova bacıları tərəfindən keçiriləcək.

Qeyd edək ki, layihə ölkələrarası mədəni əlaqələrin möhkəmləndirilməsini təmin etmək və milli mədəniyyətlərin mübadiləsini həyata keçirmək məqsədi daşıyır.

Etikxeber.az

Read Previous

U-21 və U-23 yığmalarımızın Bakıda təlim-məşq toplanışı olacaq

Read Next

“Azərbaycanlılar daha çox restoran açmağa meyillidirlər…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir