Xalq artistlərinin yeznəsi avtoqəzada faciəli şəkildə dünyasını dəyişdi… – YENİLƏNİB

Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Etikxeber.az xəbər verir ki, hadisə rayonun Xanabad kəndi ərazisində qeydə alınıb. “VAZ-2106” markalı maşın “Pikap” tipli avtomobillə toqquşub.

Qəza nəticəsində Şəki rayon sakini, 1966-cı il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb.

Şəki rayon sakinləri – 1986-cı il təvəllüdlü Məmmədkərimov Əli Mövsüm oğlu, 1991-ci il təvəllüdlü Məmmədkərimov Mahal Mövsüm oğlu, 1988-ci il təvəllüdlü Pirməmmədov Turan Namiq oğlu və 1991-ci il təvəllüdlü Orxan Allahverdiyev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanılıb.

***

Yevlaxda baş verən yol qəzasında ölən şəxs Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovaların qohumudur.

Qəzada dünyasını dəyişən Mövsüm Məmmədkərimov Gülyanaq və Gülyaz Məmmədovaların bacısının əridir. Qəza baş verən avtomobildə M.Məmmədkərimovun 2 övladı da olub.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

Millət vəkili “DOST”-dan – YAZDI

Read Next

Vurğun Əyyub – DƏFN EDİLDİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir