“Xalq qəzet”inin konfrans zalı…Rəsulzadə ilə bağlı tərs sual…Özündən çıxan baş redaktor…-KAMİL HƏMZƏOĞLU YAZDI

Keçmişi, olanları…heç zaman unutmamalıyıq…

Dahi Öndər Məhəmməd Əmin Rəsulzadənin adının BDU-dan ( o cümlədən, Üzeyirbəy Hacıbəylinin adının Konservatoriyadan-indiki Musiqi Adakemiyasından) götürülən vaxtları idi…

Həmin vaxt “Xalq qəzeti”nin akt-konfrans zalında növbəti tədbir-Dəyirmi Masa keçirilirdi…

Qeyd edim ki, uzun illər həmin konfrans zalında müxtəlif tipli tədbirlər, konfranslar, Dəyirmi masalar keçilərdi…

Maraqlı onlanları, qızğın müzakirələr keçirilənləri də vardı, bəsit, formal xarakter daşıyanları da…

Tam dəqiq yadımda deyildi növbəti tədbir-Dəyirmi Masa nəyə həsr olunmuşdu…

Tədbirdə tanınmış baş redaktorlar, ali məktəb rektorları, siyasilər, millət vəkilləri, rəsmi şəxslər də vardı…

Mənim də bir qədər emosional, çılğın, daha cəsarətli vaxtlarım idi…

Həm də hələ qəzet jurnalistikasının-peşəkar jurnalistikanın normal, fatihəsi oxunmayan, şorla-yağın bilindiyi vaxtlarıydı…

Elə oldu ki, tədbiri işıqlandırmağa gələn jurnalistlərə də söz demək, sual vermək imkan yaradıldı…

Və mən də Rəsulzadənin adının BDU-dan götürülməsi ilə bağlı keçmiş rektor Abel müəllimə (Abel Məhərrəmova) sual verdim…

Sanki bir anlıq sükut çökdü…

Deyim ki, tədbirdə də daha çox o zamankı iqtidaryönlü KİV-lərin jurnalistləri idi…Müstəqillər azıydı…

Ancaq Abel müəllim sualımı cavablandırdı və normal şəkildə…

Bununla belə, tərs sualım bir nüfuzlu baş redaktoru özündən bərk çıxarmışdı…Az qala məni döyəcəkdi…

O da cavab verəsi oldu…Sözlərindən, cavabından da belə çıxdı ki, sualım təxribata bənzəyir bir növ…

Mən də gəlib nə cür olmuşdusa, o cür də yazdım və işlədiyim qəzetdə də əl dəyilmədən getdi…

İndi haqq dünyasındadır, Allah günahlarını əfv etsin, etik səbəblərdən adını çəkmək istəmirəm…

Həmin vaxtdan bir müddət sonra vəzifəsindən kənarlaşdırıldı…Və dönüb bir çoxları kimi müxalifətçiyə, radikal yazara, “əsl Rəsulzadəşünasa” çevrildi…

Bunu yazmaya, xatırlamaya da bilərdim…Amma ehtiyac duydum, lazım bildim…

Cəsarət yalandan əsib-coşmaqla olmur, peşəkarlıq, jurnalistlik, jurnalistika yalandan guruldamaqla, qırıldamaqla, FB-də, sosial şəbəklərdə “ağıllı” görünməklə, “məsləhətlər” verməklə olmur…

Vətənpərvərlik, dövlətçi olmaq, azadlığı sevmək və onun uğrunda mübarizə aparmaq, gerçək demokratlıq, vətəndaşlıq…pafosla, bəlağətlə, “kim daha çox söyüş söyə bilər”lə olmur…

Bu, ruhdan, qandan, gendən, tərbiyədən…gələn bir məsələdir…

Allahım cəmi İstiqlal mücahidlərinə, Qurucu Babalarımıza, Məhəmməd Əmin Kişiyə, o cümlədən, mərhum Elçibəyə, 1993-2003-cü illərdə Azərbaycanı bir çox açıq və gizli bəlalardan qurtarmış Əliyevə rəhmət etsin, ruhları o taylı-bu taylı Azərbaycanımıza, əsl azərbaycançılara, Azərbaycan türklərinə kömək olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az


Read Previous

Deputatın görüşündə bir müddət əvvəl Bərdədə yaşanmış-İNSİDENT MÜZAKİRƏ OLUNDU VƏ…

Read Next

İran parlamentində yerdəyişmə nədən xəbər verir?-BAXIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir