“Xalqa nə qədər “can” desək də, onlar bizə “azar” deyəcək” – TAHİR KƏRİMLİ

Tahir Kərimli: Müxalifətçiliyi də kişi kimi edərlər

Bizə deyirlər ki, xalqı çaşdırırsınız. Biz xalqa nə qədər “can” desək də, onlar bizə “azar” deyəcək. Amma xalqımız bilməlidir ki, onları yoldan çıxaran müxalifət bizi gözdən salır

Etikxeber.az-ın xəbərinə görə, bunu deputat Tahir Kərimli parlamentdə çıxışında deyib

Millət vəkili xatırladıb ki, Şuşa işğal olunanda az qala hamı intihar həddinə gəlmişdi:

“Ancaq Paşinyan kimi bir insan siyasi əxlaqsızlıq göstərib, Şuşada nə cür hərəkət edir?! Nə qədər buna dözməliyik?  Kim bizə torpağımızı almağa qoymur? Açıqlansın bilək. Fransamı, Rusiyamı, masonmu qoymur?! Nə vaxta kimi bizi təhqir edəcəklər? Ömür boyu atasına xain çıxan erməni bizə yanıq verir. Nə qədər səbr etməliyik? Allah bu səbri bizə verməsin. Hər sahədə bizi gözdən salmaq istəyirlər. Biz də müxalifət olmuşuq. Müxalifətçiliyi də kişi kimi edərlər. Özgəsinin atına minməklə etməzlər.  Bizi az təhqir edin. Biz də sizin kimi Vətəni, torpağı sevirik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Bunu hazırlayanlar niyə cənab prezidentin siyasətinə zidd gedirlər?” – MUSA QULİYEV

Read Next

“O, David Qareci kilsəsi deyil, Keşikçidağdır” – QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir