“Xalqı əhatə edənlər Xalq Şairləri, Xalq Yazıçılarıdır” – RAFAEL HÜSEYNOV

Xalq Şairi və Xalq Yazıçılarının miqdarı barmaqla sayılacaq qədər az, xalqın sayı milyonlarla.

Ona görə də adətən Xalq Şairləri və Xalq Yazıçıları xalqın əhatəsində olur.

Lakin bu şəkildə xoşbəxt bir təsadüfdən vəziyyət tam əksinədir.

Xalqı əhatə eləyənlər Xalq Şairləri və Xalq Yazıçılarıdır.

Yazıçılar Birliyində hamımızın ortaq əməyimizin bəhrəsi olan, Azərbaycan yazıçısı ilə Azərbaycan ordusu və əsgərinin birliyindən və təmaslarından bəhs edən yeni kitabın çapdan çıxmış ilk nüsxələri ilə görüşə gəlmişik.

Soldan: Xalq şairi Musa Yaqub, Xalq şairi Fikrət Qoca, Xalq Şairi Ramiz Rövşən, Xalq – yəni mən Rafael Hüseynov, Xalq yazıçısı Mövlud Süleymanlı, Xalq Şairi Vahid Əziz, Xalq Yazıçısı Elmira Axundova.

Rafael HÜSEYNOV,

Millət vəkili, Akademik

Etikxeber.az

Read Previous

“Qarabağ” “Zirə” ilə oyunda xal itirdi – ANCAQ LİDERLİYİNİ QORUYUB SAXLADI

Read Next

Yohannis yoxsa Dançila? – “EXİT-POLL”UN NƏTİCƏLƏRİ MƏLUM OLDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir