“Xalqımız Allahdan istəyirdi ki, müharibə olsun…Xalqımızda böyük canlanma var…”-ZEYNƏB XANLAROVA – ÜNLÜ SƏNƏTÇİ “İLHAM ƏLİYEVLƏ MEHRİBAN XANIM OLMASA, AZƏRBAYCAN DAĞILAR”-DEDİ – YENİLƏNİB

İnana bimirəm ki, biz müharibə şəraitindəyik…Xalqımızda canlanma var…Xalqımız Allahdan istəyirdi ki, müharibə olsun, torpaqlarımız işğaldan azad olunsun, qaçqın-məcburi köçkünlərimiz öz yurdlarına qayıtsınlar.

Etikxeber.az-ın xəbərinə görə, bunu bir az öncə AzTV-də çıxışı zamanı korifey sənətkar, SSRİ Xalq artisti, sabiq millət vəkili Zeynəb Xanlarova deyib.

“Hər gün televiziyanı izləyirəm, görürəm ki, xalqımızda nə qədər canlanma gəlib…Bəlkə də yeri deyil, amma deyəcəyəm, xaricdə oturub, özlərini azərbaycanlı sayan bəziləri var ki, onlar utanmadan Azərbaycana, onun Prezidentinə qarşı cürbəcür sözlər, böhtanlar yağdırırlar…Belə qabiliyyətiniz varsa, gəlin də…Nifrət edirəm onlara…”-deyə, Z. Xanlarova sonra bildirib.

23:16

***

“O vaxt-1979-cu ildə, keçmiş SSRİ-nin dövründə Türkiyəyə qastrol səfərinə getmişdim…Yanımca iki nəfər gəzirdi, biri sağımda, biri solumda, sən demə “KQB” işçiləri imiş…Hər hərəkətimi izləyirdilər…O zaman qardaş Türkiyənin Prezidenti Cövdət Sunay mənə dedi ki, qızım, gəl, burada qal. Mən Türkiyəni ikinci vətənim hesab edirəm, bu gün Rəcəb Tayyib Ərdoğanı bir arxa bilirəm. Amma mən dedim ki, yox, qala bilmərəm…”.

Bunu da Z. Xanlarova deyib.

“Bəlkə də yeri deyil, amma deyəcəyəm, deyirlər ki, ay nə bilim, Zeynəb Azərbaycandan köçüb gedib, ay nə bilim, Amerikada yaşayır… Mən hələ 50 il əvvəl Qarabağ, Vətənim, Torpağım…oxuyan Zeynəbəm… Zeynəb indi Azərbaycanı qoyub hara gedə bilər?! Mən Azərbaycandan heç yerdə yaşaya bilmərəm! Mən xalqımla, dövlətimlə fəxr edirəm, mən Prezidentimlə fəxr edirəm, mən Mehriban xanımla fəxr edirəm. Onlar olmasa, Azərbaycan dağılar…Onları əvəzləyəcək heç kim yoxdur…”-deyə, Z. Xanlarova əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Tariximizin məsuliyyətli və sınaq dövründə cənab Prezidentimiz, Ali Baş Komandanımızın və ordumuzun ətrafında daha sıx birləşməli, Vətənin bütövlüyü naminə həmrəy olmalıyıq. Qələbə bizimlədir!”-FATMA YILDIRIM

Read Next

“Ermənistan ordusunun mövqeləri darmadağın edilib”-MÜDAFİƏ NAZİRLİYİ NÖVBƏTİ MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir