“Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunan gündür bu gün”-MİLLƏT VƏKİLİ

1918-ci il 28 may Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı, yəni, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunan, hər bir azərbaycanlının milli qürur hissi duyduğu gündür.

Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər şəxsiyyətlərin böyük xidmətləri nəticəsində Şərqin ilk demokratik respublikasının təməlini qoyuldu.

Lakin ömrü qısa olan bu bu müstəqilliyi yenidən bərpa edərək dövlətimizi möhkəm təməllər üzərində inkişafa doğru aparan məhz ulu öndər Heydər Əliyev oldu.

Milli dövlətçiliyimizin ideya əsasını yaradan, bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin uzaqgörənliyi, düzgün siyasi addımları və təxirəsalınmaz tədbirlərin nəticəsidir ki, bu gün də cənab prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilərək möhkəm təməllər üzərində dayanan müstəqil dövlətimiz sürətlə inkişaf etməklə beynalxalq aləmdə nüfüz sahib olan dövlətə çevrilib.

Müstəqilliyin mübarək və əbədi olsun, Azərbaycan!

Sevinc HÜSEYNOVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Azərbaycan Xalq Cümhuriyyəti – istiqlaliyyət dastanı!-AYDIN TAĞIYEVİN YAZISI

Read Next

“Cümhuriyyət həqiqətləri yalnız ictimai-siyasi planda deyil, sənət müstəvisində də daha dərindən öyrənilməli, yaşadılmalıdır” – QƏNİRƏ PAŞAYEVA RAİS RƏSULZADƏ İLƏ GÖRÜŞDÜ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir