“Xalqımızın dəyərləri ilə fəxr etməli, onları göz bəbəyimiz kimi qorumalıyıq” – MƏLAHƏT İBRAHİMQIZI – FOTOLAR

9 fevralda respublikamızda keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat və təşviqat kampaniyasının 11-cu günündə çox səmimi bir görüş keçirdik. Sizə bugünkü görüşümüzdə fəal iştirakınıza görə, qaldırdığınız önəmli problemlərə görə təşəkkür edirəm. Hər bir biriniz çox sağ olun ki, ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla gedən islahatlara və quruculuq işlərini yüksək qiymətləndirirsiniz. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş deputatlığa namizəd kimi, Sizinlə abad və yüksək zövqlə qurulmuş məhəllələrdə görüş keçirmək həqiqətən də qürurvericidir. Siz Seçicilər və rayonumuzun sakinləri dahi Nəsiminin adını daşıyan rayonumuzda yaradılmış bu şəraiti qoruduğunuz üçün də sağ olun.

Etikxeber.az xəbər verir ki, bunu 4 dəfə Milli Məclisin (MM) üzvü seçilən və 5-ci dəfə deputatlığa namizəd olan YAP Siyasi Şurasının üzvü və Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib.

“Bildiyiniz kimi, bizim görüşlərimizdə deputatınız kimi həm Sizə hesabat verirəm həm də Sizin dəyərli təklifləriniz və qaldırdığınız məsələləri təhlil edib, həlli yollarının tapılması üçün aidiyyatı təşkilatlara göndərirəm. Artıq 3000-ə yaxın seçici ilə üzbəüz məhəllə görüşlərində bərabər olmuşuq və Daha Güclü Azərbaycan Naminə öz töhfələrimizi veririk.Bizimlə vaxtınızı bölüşdüyünüzə görə çox təşəkkür edirəm. Qısaca olaraq, bugünkü tədbirdə rayonumuzun həlli vacib olan problemləri ilə bağlı olan faydalı məsləhətləriniz üçün hər birinizə təşəkkür edirəm. Dəyərli Seçicilərim, bu görüşlərdə sizin tövsiyələr və irəli sürdüyünüz təklifləri bir daha təhlil edib yaxın zamanlarda nəticələrini Sizlərlə bölüşəcəm.

Görüş zamanı Cavadxan küçəsi 1-də yaşayan əslən Qərbi Azərbaycandan olan və 1977-1982-ci illərdə Kalino kəndinin Hallavar kəndindən Ermənistanın Ali Sovetinin deputatı olmuş,1988-ci ildə Spitak zəlzələsindən bir neçə gün öncə erməni vandalizmi nəticəsində qovulmuş Fatma xanımın israrlı dəvətini qəbul etdik və onun çox sadə bir otaqlı mənzilində çay süfrəsi ətrafında onun həyat hekayəsini dinlədik. Həqiqətən də ölkımizin hər bölgəsinin insanları nə qədər qonaqpərvərdir. Bu xalqımızın bu dəyərləri ilə fəxr etməliyik və bu dəyərləri göz bəbəyimiz kimi qorumalıyıq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Xalqa xidmət etməkdən böyük qürur hissi duyuram” – ZİYAD SƏMƏDZADƏ AĞSAQQALLARLA BİR ARADA – FOTOLAR

Read Next

“Musa Qasımlı bir nənənin əlini öpür ha, bilirsinizmi həmin nənə kimdir?” – TANINMIŞ JURNALİSTDƏN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir