Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Prezident İlham Əliyev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən, Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Prezident İlham Əliyev həmçinin, Yevlax Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Etikxeber.az