Xanbabayev Rzayevlə, SƏMƏDOV TAĞIYEVLƏ ƏVƏZLƏNDİ – SƏRƏNCAMLAR

Prezident İlham Əliyev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. 

Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən, Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Prezident İlham Əliyev  həmçinin, Yevlax Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Etikxeber.az

Read Previous

“Bunlar həm Türkiyəyə, həm Azərbaycana ciddi təsir göstərən məsələlərdir” – SƏMƏD SEYİDOV

Read Next

“O günləri televizorda baxıram ki…” – PREZİDENT YENİ İCRA BAŞÇILARINI QƏBUL ETDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir