Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“2003-cü ilin 15 oktyabrında Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev 76,8 faizlə Azərbaycan xalqının prezidenti seçildi. Bu xalqımızın ümummilli lider Heydər Əliyevin siyasi kursuna etimadının göstəricisi idi. Bu gün cənab prezidentin ölkə başçısı kimi fəaliyyətə başlamasından 15 il keçir. Onun rəhbərliyi dövründə Azərbaycan Respublikası bütün sahələrdə böyük inkişaf yolu keçib. Siyasətdə, iqtisadiyyatda, sosial sahədə, mədəniyyət və idman sferalarında bir-birini əvəzləyən uğurlar silsiləsinin şahidi olmuşuq. Ölkəmiz bu gün istər regional, istərsə də beynəlxalq əhəmiyyətli layihələrin əsas təşəbbüskarı kimi çıxış edir. Məhz son 15 ilin uğurlu göstəriciləri birbaşa cənab prezidentin adı və yürütdüyü düşünülmüş daxili və xarici siyasətlə bağlıdır. Bir sözlə, son 15 ildə cənab prezidentin rəhbərliyi altında bütün sahələrdə uğurlar qazanılıb”.
Bunu isə millət vəkili Sona Əliyeva deyib.
Millət vəkilinin sözlərinə görə, son 15 il ərzində prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə aparılan islahatlar ölkə həyatının elə bir sahəsi yoxdur ki, onu əhatə etməsin. Bu islahatlar paytaxt Bakı da daxil olmaqla, Azərbaycanın digər şəhərlərinin, rayonlarının, qəsəbələrinin və hətta ucqar kəndlərinin simasını kökündən dəyişdirə bilib:
“Baxın, on beş il bundan öncəki Bakı sanki tamamilə yenidən qurulub. Şərqlə Qərbin əsrarəngiz koloritlərini birləşdirən paytaxtımız füsünkar əzəməti ilə seçilir. Bakı bu gün Avropanın ən gözəl şəhərlərindən birinə çevrilib. Elə bunun nəticəsidir ki, indi Azərbaycan və onun paytaxtı Bakı Beynəlxalq tədbirlərin uğurla keçirilə bildiyi bir məkan kimi bütün dünyada tanınır. Bu tədbirlərin Azərbaycanda keçirilə bilməsinin əsas səbəblərindən biri də ölkəmizin bütün dünyaya nümunə ola biləcək ictimai-siyasi sabitlik adasına çevrilməsidir. Bir ölkənin bu səviyyədə quruculuq işləri apara bilməsi və ictimai-siyasi sabitliyin nümunəsinə çevrilə bilməsi üçün onun güclü iqtisadiyyatının olması labüd idi”.
Millət vəkili bildirib ki, İlham Əliyev 2003-cü ilin sonunda ölkə prezidenti seçildiyi ilk gündən bunun belə olduğunu hər kəsdən daha yaxşı dəyərləndirə bildi. O, eyni zamanda neft ölkəsi olan Azərbaycanda iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılmasının strategiyasını müəyyənləşdirdi:“Hakimiyyətə gəldiyi ilk gündən “biz bundan sonra elə yaşamalıyıq ki, sanki bir neft ölkəsi deyilik və neftimiz yoxdur”, deyən gənc Prezident, neftlə bağlı iqtisadiyyatın çətinliklərini layiqincə qiymətləndirərək daha uzaq perspektivə nəzər salmağı bacardı. Dövlət başçısı 2004-cü ildən başlayaraq “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı” dövlət proqramları çərçivəsində iri infrastruktur layihələrinin reallaşdırılmasına start verdi. Bu illər ərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nəticələrə gətirib çıxaran layihələr həyata keçirildi. Dövlət başçısının rəhbərliyi ilə görülən işlərin nəticələri özünü çox gözlətmədi. Bir neçə il ərzində Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun payı 50 faizdən 70 faizə qədər yüksəldi. Bu, bir neft ölkəsinin iqtisadiyyatında baş verən əsl inqilab idi. İndiyə qədər dünyanın heç bir neft ölkəsində buna bənzər dönüş müşahidə olunmayıb”.
S. Əliyevanın sözlərinə görə, 2003-cü ildən bu zamana kimi büdcə təsdiq olunarkən sosial layihələrə ayrılan vəsait büdcənin 30 faizindən az olmur. Səhiyyə ilə bağlı son illərdə böyük işlər görülüb:“Maddi texniki bazanın yüksəldilməsi, yeni tibb müəssisələrinin açılması, mövcud tibb müəssisələrinin əsaslı şəkildə təmir olunması, müasir tibbi texnoloji avadanlıqlarla təchiz olunması, səhiyyə kadrlarının ixtisasının artırılmasını və respublikadan kənarda kadrların hazırlanması diqqət mərkəzində saxlanılır.Ölkədə 600-dən çox yeni tibb müəssisəsi əhalinin xidmətinə verilib. Əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək üçün həkimlərin və tibb bacılarının sertifikatlaşdırılması həyata keçirilir. Cənab prezidentin göstərişi ilə icbari dispanserizasiyası həyata keçirilir.Bu işlər dövlət hesabına görülür. Nigaha girən şəxslərin tibbi müayinəsi aparılır.Bu amil sağlam gələcək nəslin yetişdirlməsi istiqamətində atılan addımdır.Əhalinin sağlamlığının qorunması ilə bağlı görülən ən mühüm addımlardan bir də dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsidir. Son illər uşaq ölümü, ana ölümü faktlarının sayı azalıb. Bu cür ölüm hallarının sayı orta Avropa ölkələrinin statistik göstəriciləri ilə eynidir. Doğum ölüm hallarını ildə yüz min nəfər üstələyir. Azərbaycanda yüksək demoqrafik vəziyyət mövcuddur. İcbari Tibbi siğorta pilot layihəsi kimi həyata keçirilir.Gələn ildən bu bütün ölkəni əhatə edəcək.Bütövlükdə səhiyyə sahəsi ölkə başçısının prioritet istiqamətlərindən biridir.Ölkə vətəndaşları da səhiyyə sahəsində görülən işlərdən razıdır”.
Millət vəkilinin dediyinə görə, təkcə 2003-2018-ci illər ərzində ölkədə 220-dən çox məscid, kilsə, sinaqoq tikilib və yaxud bərpa olunub. O cümlədən Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir, Əjdərbəy, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində təmir və yenidənqurma işləri aparılıb: “Bu yöndə işlər əyalətlərdə də mütəmadi şəkildə icra olunub. Şamaxı Cümə məscidi və Gəncədə “İmamzadə” dini-mədəniyyət abidəsi əsaslı bərpa edilib. 2014-cü ildə Bakıda Qafqazın ən böyük məscidi olan Heydər Məscidi, bu ilin yayında Hacı Cavad Məscidi və 2011-ci ildə dağ yəhudiləri üçün sinaqoq tikilərək dindarların istifadəsinə verilib. Hazırda ölkə ərazisində 2250 məscid, 14 kilsə, 7 sinaqoq sərbəst fəaliyyət göstərir. İki il bundan əvvəl- 2016-cı ildə Azərbaycanda “Multikulturalizm İli” elan edildi. Azərbaycan sivilizasiyalararası dialoq, tolerantlıq və humanitar əməkdaşlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir. Bu ölkə rəhbərinin bu istiqamətdə gördüyü işlərin sadəcə bir qismidir”.
Millət vəkili son 15 ildə iqtisadi sferada görülən işlərə də toxunub. S. Əliyevanın fikrincə ümumilikdə, Avropa-Qafqaz-Asiya “Orta Dəhliz”inin mühüm halqasi olan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa və Asiya ölkələri arasında ticarətin daha sürətli və daha əlverişli olmasına şərait yaratmaqla yanaşı, regiondakı bütün ölkələrin hərtərəfli iqtisadi inkişafına güclü təkan vercək, regionun dünyada əhəmiyyətini daha da artıracaqdır: “BTQ Avropa ilə Asiya arasında daşımalarda yekun bənd olaraq həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır və bu coğrafiyadakı xalqlar bundan sonra da uzun illər ərzində bu qlobal layihədən faydalanacaq, gələcək nəsillər onun bəhrəsini görəcəklər. Beləliklə, BTQ polad reyslərlə sadəcə qitələri birləşdirmir, eyni zamanda, Avrasiya xalqlarının dostluq və mehriban qonşuluq münasibətlərini daha da möhkəmləndirir”.
Etikxeber.az