Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 23-də Azərbaycan Respublikasına rəsmi səfəri başlayıb.
Etikxeber.az xəbər verir ki, 48 yaşlı Kitaroviç 1968-ci ilin aprel ayının 29-da Xorvatiyanın (keçmiş Yuqoslaviyanın) Rijeka şəhərində anadan olub.
O, Zaqreb Universitetini və Vyana Diplomatiya Akademiyasını bitirib.
Xanım siyasətçi NATO baş katibinin köməkçisi, həmçinin, Xorvatiyanın ABŞ-dakı səfiri, o cümlədən, Avropa məsələləri və xarici işlər naziri vəzifələrində çalışıb.
1993-cü ildən rəsmən siyasətə atılan Kitaroviç prezident seçilənə – 2015-ci ilin 19 fevralınacan Demokratik Birlik Partiyasının üzvü və rəhbər şəxslərindən olub.
Prezident seçiləndən sonra isə partiyadakı vəzifəsindən və partiya üzvlüyündən istefa verib, hazırda da bitərəfdir.
28 yaşından, yəni, 1996-cı ildən də Jakov Kitaroviçlə evlidir. İki övlad anasıdır, Katarina və Luka adlı övladı var.
İngilis, ispan, portuqal dillərini tam, alman, fransız və italyan dillərini isə qismən bilir.
Etikxeber.az