Xarab məhsulları bir dəqiqə ərzində müəyyənləşdirmək mümkün olacaq

Amerikalı alimlər tərəfindən hazırlanmış cihaz məhsulların xəstəlik törədən mikroorqanizmlərə yoluxmasını bir dəqiqədə müəyyənləşdirmək qabiliyyətinə malikdir. Həmin qurğu 15 dəqiqə ərzində təsdiqlənmiş nəticə təqdim edir.

Etikxeber.az xəbər verir ki, bu haqda “mail.ru” saytı məlumat yayıb.

Xəbər verilir ki, qurğu mikroorqanizmlərin axtarışı üçün eyni anda iki metoddan istifadə edir: maqnit rezonansı və fluoressensiya yoxlaması. İki metoddan istifadə hətta bakteriyaların azlığı zamanı nəticəni daha tez əldə etməyə imkan verir.

Diaqnostikaya 1 dəqiqə vaxt sərf olunur. Tədqiqata başladıqdan 15 dəqiqə sonra təsdiqlənmiş nəticəni əldə etmək mümkündür.

Etikxeber.az

Read Previous

Çaylarda vəziyyət necədir?

Read Next

Zakir Qaralovun sədrliyi və tabe prokurorların iştirakı ilə müşavirə keçirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir