Xaricdəki azərbaycanlıların və əcnəbilərin müraciətinə baxılması müddəti azaldıldı

Xarici İşlər Nazirliyinin (XİN) Kollegiyası “Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu üzrə inzibati reqlament”ə dəyişikliklər edib.

Etikxeber.az-ın məlumatına görə, bu reqlamentə əsasən, XİN tərəfindən “http://mfa.gov.az/?options=content&id=245&language=az” elektron ünvanında təqdim edilən elektron xidmət xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin elektron qaydada qəbul edilməsini, araşdırılmasını və cavablandırılmasını əhatə edir.

Dəyişikliyə əsasən, elektron xidmətin icra müddəti azaldılıb. İndiyə qədər müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılıb. Dəyişiklikdən sonra qanunvericilikdə göstərilən hallar istisna olmaqla, müraciətlərə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılacaq.

Qeyd edək ki, qanunvericilikdə göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxılma müddəti ən çoxu 30 iş günü uzadıla bilər və bu barədə müraciət edən şəxsə bildiriş göndərilir. Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılır.

Etikxeber.az

Read Previous

Özbəkistanda vaxtından əvvəl prezident seçkilərinə start verildi

Read Next

Sabah küləkli və şaxtalı hava şəraiti müşahidə olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir