“Xarici bazarlarda rəqabət aparmaq…” – MİLLƏT VƏKİLİ

Azərbaycanın ixrac potensialının artırılması və ixracın reallaşması üçün müxtəlif tədbirlər həyata keçirilir. Bir tərəfdən ixrac potensialının artırılması üçün sənaye istehsalı artırılır, sənaye parkları artıq öz bəhrəsini verir, kənd təsərrüfatı istehsalı artır, emal sənayesi inkişaf etdirilir. Turizm xidmətlərinin inkişafı üçün regionlarda əhəmiyyətli tədbirlər həyata keçirilir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Tahir Mirkişili deyib.

O, qeyd edib ki, bütün bu layihələr ixrac potensialını artırır və ixracetmə üçün məhsul yaradır.

“Digər tərəfdən, yeni ixrac bazarları əldə etmək və ənənəvi bazarları genişləndirmək üçün həm dövlət tərəfindən, həm də sahibkarların özləri tərəfindən müxtəlif səylər və tədbirlər həyata keçirilir. Məhz bu tədbirlərin nəticəsində 2019-cu ilin 6 ayı ərzində qeyri-neft ixracımız 15% artıb.

Ancaq ixrac bazarlarının genişləndirilməsi həm də ciddi rəqabətlə üzləşmək deməkdir. Dövlətin əsas dəstək funksiyası sahibkarlar üçün xarici bazarlarda inzibati maneələrin aradan qaldırılmasına nail olmaq və onlar üçün bazara daxil olmanı asanlaşdırmaq və marketinq fəaliyyətinə dəstək verməkdir. Amma xarici bazarlarda rəqabət aparmaq ixraçatçıların əsas funksiyası olmalıdır.

Bunun üçün isə daxili istehsalda texnologiyaların və innovasiyaların tətbiqini genişləndirmək, əmək məhsuldarlığını artırmaq və pro aktiv marketinq fəaliyyəti aparmaq lazımdır. Düşünürəm ki, ölkəmizdə aparılan islahatlar bütövlükdə iqtisadiyyatımızı dinamik, texnoloji və innovativ edəcək…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Kərəm Həsənovun komitəsi söz verdi: YAXIN GÜNLƏRDƏ “KUPÇA” VERİLƏCƏK

Read Next

“Rəsmi Tehran qonşularla münasibətlərdə bu amili nəzərə almalıdır…” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir