“Kabus şəhəri Füzuli tezliklə çiçəklənmə və xoşbəxtlik şəhəri olacaq”-Hikmət Hacıyev – Xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatlarln rəhbərləri və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri-TƏŞKİL OLUNDU – YENİLƏNİB – (2)

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olumuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatlarln rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunur. 

Etikxeber.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Twitter” hesabında yazıb. 

Prezidentin köməkçisi bildirib ki, səfərdə 120-dən artıq diplomat iştirak edir.

12:05

***

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunub.

Səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə tanış etməkdir.

Diplomatik korpusun nümayəndələri və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqa rəsmi şəxslər müşayiət edirlər.

İlk öncə diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ermənistanın işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər.

Onlar Füzuli şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olub, 27 il ərzində törədilən vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər.

Füzulidə yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdılıb.

13:12

***

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuli rayonuna səfəri davam edir.

Diplomatik korpusun nümayəndələri və hərbi attaşelər rayonun işğaldan azad edilmiş Yuxarı Əbdürrəhmanlı kəndində olublar.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev diplomatik korpusun nümayəndələri və hərbi attaşelərə Ermənistan Silahlı Qüvvələrinin işğaldan əvvəl bu kəndin ərazisində yerləşmiş hərbi hissəsinin ərazisini göstərib.

A. Alıyev bildirib ki, buradan rayonun işğal altında olmayan ərazilərindəki mülki əhali daim atəşə tutulub, təsərrüfat işlərinin həyata keçirilməsinə imkan verilməyib.

Ermənistan Silahlı Qüvvələrinin 27 il ərzində bu ərazidən mülki əhalini atəşə tutması nəticəsində ölənlər və yaralananlar olub.

13:55

***

“Biz Fizuli şəhərinin Ermənistan tərəfindən dağıdılmış Mədəniyyət Mərkəzinin binası qarşısındayıq. Musiqinin köməyi ilə dünyaya sülh və dözümlülük müraciəti edirik. Kabus şəhəri Füzuli tezliklə çiçəklənmə və xoşbəxtlik şəhəri olacaq.

Bunu da H. Hacıyev özünün tvitterdəki səhifəsində bildirib.

***

“Azərbaycanda fəaliyyət göstərən xarici diplomatları bura – Füzuli rayonuna ona görə gətirdik ki, onlar erməni vəhşiliyini, vandalizmini öz gözləri ilə görsünlər”.

Bunu isə H. Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

H. Hacıyev qeyd edib ki, bu səfər əvvəllər mümkün deyildi:

“Çünki biz fiziki olaraq bura gələ bilmirdik. Ermənilər burda hər şeyi darmadağın ediblər. Diplomatları bura ona görə gətirdik ki, bu vəhşilikləri öz gözləri ilə görsünlər. Bundan əvvəl jurnalistləri də gətirmişdik. İndi isə diplomatları gətirdik. Məqsədimiz ermənilərin azərbaycanlılara, Azərbaycan tarixinə, mədəniyyətinə qarşı hansı vandalizm aktlarını törətdiklərini bütün dünyaya göstərməkdir”.

Etikxeber.az

Read Previous

Daha 3196 yeni yoluxma-DAHA 24 ÖLÜM…

Read Next

“Yaş: 19, rütbə: Şəhid… Bürcəliyevlər ailəsi XX yüzil Azərbaycan mədəniyyəti tarixində yer almısdısa, İlqar hələ 19 yaşında Burcəliyev soyadını könüllərə Şəhid altun titulu ilə nəqş etdi”-QƏNİRƏ PAŞAYEVA YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir