Xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti müzakirə olunacaq – NAZİR

“Yaxın günlərdə Azərbaycan və Hindistan ekologiya nazirlərinin görüşü keçiriləcək. Görüşdə işğal olunmuş Azərbaycan torpaqlarında xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti müzakirə olunacaq”.

Etikxeber.az-ın APA-nın Qarabağ bürosuna istinadən verdiyi məlumata görə, bunu Ağcabədiyə səfəri zamanı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

O bildirib ki, aparılan müşahidələr nəticəsində ərazidəki yataqların, o cümlədən qızıl yataqlarının qanunsuz istismarı ilə bağlı ayrı-ayrı ölkələrin şirkətlərin fəaliyyət göstərdiyi müəyyənləşdirilib. “Nazirlik həmin ölkələrin diqqətinə çatdırdı ki, bu, qanunsuz fəaliyyətdir”.

Nazir xatırladıb ki, yaxın günlərdə Azərbaycan-Hindistan iqtisadi əməkdaşlıq komissiyasının iclası keçirilməlidir. H. Bağırov Azərbaycan peykinin uçuşunu təmin edən qurumların köməkliyi ilə işğal altında olan ərazilərdə ermənilərin xarici şirkətlərlə əlbir olaraq, Azərbaycan sərvətlərini talan etmələrini təsdiqləyən materialların toplandığını vurğulayıb.

Etikxeber.az

Read Previous

ATƏT cəbhədə monitorinq keçirib

Read Next

“Azadlıq”la Cəfər Xəndan küçəsinin kəsişməsindəki yol nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir