“Xeyr, bu, həm də bizim qələbəmizdir…”-VÜSALƏ MAHİRQIZIDAN ETİRAZ

9 May- Faşizm üzərində Qələbənin 75 illiyi ilə bağlı APA Group-un səhifələrində postlar yayılıb.

Baxıram ki, bəziləri yazıb: “”Qələbə gününüz mübarək” yazmısınız. Bu, bizim qələbəmiz deyil”.

Xeyr, bu, həm də bizim qələbəmizdir.

Azərbaycandan bu müharibədə 660 min nəfər iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub.

Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib.

Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.İndi nəyə görə Azərbaycan bu qədər qurbanlar verərkən bu müharibədəki qələbə payını qeyd etməməlidir?

Nəyə görə qazanılmasından böyük rolu olan tarixi qələbədən imtina etməlidir?

Bu, bizim tariximizin bir parçasıdır.

İkincisi, bu, həm də faşizm üzərində qələbə idi axı.

Faşizm həmişə lənətə layiqdir.

Dünən də, bu gün də.

Və onun məhvi həmişə qələbədir.

Vüsalə MAHİRQIZI

Etikxeber.az

Read Previous

Gün o gün olsun ki, öz 9 mayımızı-öz Qələbə günümüzü qeyd edək!-KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

“Bayrağımızın Suşada, Qarabağ torpaqlarında dalğalanacağı günü gözləyirik və həmin günün gələcəyinə hər birimiz əminik”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir