XİN: “Aİ tərəfindən Azərbaycan ilə hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması üçün mandatın verilməsini alqışlayırıq”

“Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli razılaşmanın hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına və xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Federiko Moqeriniyə mandat verilib. Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması və bu istiqamətdə danışıqların aparılması üçün mandatın verilməsini alqışlayır və təqdir edirik”.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2015-ci il mayın 22-də Şərq Tərəfdaşlığı üzrə 4-cü Riqa Zirvə toplantısında iştirakı çərçivəsində Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han ilə görüşüb, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş layihəsini ona təqdim edib və Azərbaycanın bu müstəvidə Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, yeni sazişin imzalanması Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji müstəvidə keyfiyyətcə yeni səviyyəyə qalxmasına və əlaqələrin hərtərəfli inkişafına əsaslı hüquqi çərçivə yaradacaq və töhfə verəcək.

Etikxeber.az

Read Previous

Noyabrın 15-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlandı

Read Next

“Əsas diqqət idman məktəblərinə yönələcək” – FƏRİD MANSUROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir