XİN Berlində törədilmiş faciəvi hadisə ilə əlaqədar açıqlama yayıb

Azərbaycanın Xarici İşlər Nazirliyi Berlin şəhərində törədilmiş faciəvi hadisə ilə əlaqədar açıqlama yayıb.

Etikxeber.az-ın məlumatına görə, açıqlamada deyilir:

“Biz, Almaniyanın Berlin şəhərində törədilən, insanların ölümü və yaralanmasına səbəb olan faciəvi hadisədən dərindən kədərləndik. Bu hadisə nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, Almaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, onların kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Azərbaycanın Almaniyadakı səfirliyi hadisə nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır”.

Etikxeber.az

Read Previous

Prokuror Binəqədidə yaşayış binasının yanmasında təqsirləndirilən şəxslərə cəza istədi

Read Next

Türkiyə cinayətin arxasında dayananları üzə çıxarmağa borcludur – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir