XİN Bolqarıstan vətəndaşının adını “arzuolunmaz şəxslər” siyahısından çıxardı

Bolqarıstan vətəndaşı, “Besttechnia TM-Rodimo PAD” şirkətinin əməkdaşı və səyahətçi Valentin Dreharskinin adı Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb.

XİN-dən Etikxeber.az-a verilən məlumata görə, V. Dreharski məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. Məktubunda o, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmət etdiyini, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini bildirib.

V. Dreharski bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb. Səfərlə əlaqədar təəssüfünü ifadə edən V. Dreharski Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda qondarma rejimin təşviqinə xidmət etmədiyini vurğulayaraq Azərbaycan hökumətindən və xalqından üzr istəyib. O, gələcəkdə işğal olunmuş ərazilərə bu tip qanunsuz səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.

V. Dreharskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Etikxeber.az

Read Previous

“Ermənistan və tərəfdarları üçün daha bir gözlənilməz nəticə…” – PA RƏSMİSİ

Read Next

Sabah hava necə olacaq?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir