XİN-dən İrana səyahət edən Azərbaycan vətəndaşlarına-XƏBƏRDARLIQ

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) son zamanlar yeni növ təhlükəli virusun (koronavirus 2019-nCoV) yaxın bölgəmizdə yayılması təhlükəsini nəzərə alaraq və İran İslam Respublikasının rəsmi qurumlarının bu xüsusda yaydığı xəbərdarlığa istinad edərək, Azərbaycan vətəndaşlarını İran İslam Respublikasına səyahət edərkən, xüsusilə də ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməyə çağırıb.

XİN-nin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, Azərbaycan vətəndaşlarına hər hansı problemlə üzləşdikləri zaman Tehran şəhərindəki səfirliyimizə və ya Təbriz şəhərindəki Baş Konsulluğumuza müraciət etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib.

Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

Etikxeber.az

Read Previous

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı keçiriləcək – BU GÜN

Read Next

“Mən satmıram və satılmıram…” – SABİQ DEPUTAT “ÜSYAN” ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir