XİN: “İranda törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayırıq”

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İranda törədilmiş terror aktları ilə əlaqədar açıqlama verib.

Etikxeber.az-ın xəbərinə görə, açıqlamada deyilir: “İran İslam Respublikasında törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayırıq. Bu terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik”.

Açıqlamada bildirilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini qətiyyətlə dəstəkləyir.

Etikxeber.az

Read Previous

Əliyev terraktla bağlı Ruhaniyə başsağlığı verdi və hiddətləndiyini bəyan etdi…

Read Next

Rəsmi Tehran törədilən terror hücumlarında Səudiyyə Ərəbistanını günahlandırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir