XİN Minsk qrupu həmsədrlərinin bölgəyə səfər marşrutuna münasibət bildirdi

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bölgəyə səfər edən ATƏT-in Minsk qrupu həmsədrlərinin marşrutunun Yerevandan Qarabağa və yalnız ondan sonra Bakıya keçməsi ilə bağlı KİV-in suallarını cavablandırıb.

Etikxeber.az xəbər verir ki, “bu, münaqişənin hər iki tərəfi ilə razılaşdırılıbmı? Yoxsa o, həmsədrlərin özlərinin qərarıdır və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilə bilərmi” sualını cavabladıran L. Abdullayeva deyib:

“Bildiyiniz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik fəaliyyətlərini mövcud mandat əsasında həyata keçirirlər və həmin mandata dair Azərbaycan tərəfinin də razılığı vardır. ATƏT-in Minsk qrupu həmsədrlərinin hazırkı səfəri bu mandatın icrası çərçivəsində onların regionumuza növbəti gəlişidir.

Qeyd etmək istərdik ki, həmsədrlər səfərlərini həyata keçirərkən, ənənəvi olaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin həm erməni, həm də azərbaycanlı icmaları ilə əlaqə saxlayır. Bu cür səfərlər bundan əvvəl də dəfələrlə həyata keçirilib və tərəfimizdən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünə riayət edilməsi çərçivəsində həll edilməsi istiqamətində görülən işlər kimi qiymətləndirilir”.

Etikxeber.az

Read Previous

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır – RƏSMİ

Read Next

Koreya Türkdilli Ölkələrin Parlament Assambleyasında müşahidəçi qismində iştiraka dəvət edildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir