XİN: Peru Azərbaycanda səfirlik açmaq istəyir

Peru Respublikasının Xarici İşlər Nazirliyindən daxil olmuş notada həmin ölkənin siyasi-diplomatik, iqtisadi-ticarət, investisiya, mədəni və bir çox digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə yaxın zamanlarda iqamətgahı Bakı şəhərində olmaqla Azərbaycanda səfirlik açmaq niyyəti ifadə olunub.

XİN-in mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Peru Respublikasının bu qərarını alqışlayır və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafına töhfə verəcəyini bildirir.

Etikxeber.az

Read Previous

Atambayev: Rusiya bazası ilə bağlı müqavilənin müddəti uzadılmayacaq

Read Next

Təhsil Nazirliyi: Vətəndaşlarla iş bölməsinə 13 min 568 müraciət daxil olub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir