XİN rəsmisi:Xəzərin statusunu əvvəlcədən müəyyən edə biləcək hər hansı sənədin müzakirəsini məqsədəuyğun saymırıq

Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə sahəvi saziş layihələri üzrə müzakirələr aparılır.

Etikxeber.az-ın məlumatına görə, bu barədə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı işçi qrupunun Bakıda keçirilən iclasında qrupun Azərbaycan üzrə sədri, xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

X. Xələfov deyib ki, Azərbaycan bu layihələrin müzakirəsi və razılaşdırılmasında fəal iştirak edir:

“Lakin müvafiq Konvensiyanın qəbul edilməsinə qədər Xəzər dənizinin hüquqi statusunu əvvəlcədən müəyyən edə biləcək hər hansı sənəd layihəsinin müzakirəsini məqsədəuyğun hesab etmirik”.

Etikxeber.az

Read Previous

Xələf Xələfov: Xəzər üzrə növbəti sammitdə dənizin statusu müəyyənləşdirilə bilər

Read Next

Əliyev valini qəbul etdi: Əlaqələr bütün sahələrdə çox yaxşı inkişaf edir – YENİLƏNİB – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir