XİN Volkan Bozkırı BMT Baş Assambleyasının Prezidenti seçilməsi münasibətilə-TƏBRİK ETDİ

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Volkan Bozkırı BMT Baş Assambleyasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Etikxeber.az-ın xəbərinə görə, təbrik XİN-in rəsmi “Twitter” səhifəsində yer alıb.

“Səfir Volkan Bozkıra BMT Baş Assambleyasının 75-ci Sessiyasının Prezidenti seçilməsi münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Səfir Bozkıra gələcək fəaliyyətində uğurlar diləyirik”, – deyə XİN-in təbrikində bildirilir.

Qeyd edək ki, Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri olmuş Volkan Bozkır 192 ölkədən 178-nin səsini alaraq qalib olub.

Volkan Bozkır 1945-ci ildən Türkiyənin də iştirakı ilə yaradılan BMT Baş Assambleyasına rəhbərlik edəcək ilk türkiyəli təmsilçidir.

Etikxeber.az

Read Previous

“Ermənistanın ağır günləri hələ qabaqdadır, onu heç nə və heç kim xilas edə bilməyəcək…”-JALƏ ƏLİYEVANIN BAXIŞI

Read Next

“Ehtiyac olmadıqca, kütləvi məkanlara getməyin…”-“TƏBİB”-DƏN MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir