Xınalıq kəndinə 16 santimetr-QAR YAĞDI…

Noyabrın 29-u axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.

Etikxeber.az-ın xəbərinə görə, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, Qubanın Xınalıq kəndində 16, Qırızda 12, Xaltanda isə 8 santimetr qar yağıb.

Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 9 santimetrə çatır.

Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb.

Ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb.

Etikxeber.az

Read Previous

Suqovuşana çəkiləcək avtomobil yolu minalardan-TƏMİZLƏNİR – FOTOLAR

Read Next

Qarabağ və cəmiyyət üçün könüllülük: uğur düsturu-DEBAT VƏ MÜZAKİRƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir