Xınalıq və Qırızda qarın hündürlüyü 14 santimetrə çatdı – FOTO

Quba rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 14 santimetrə çatıb.

Etikxeber.az xəbər verir ki, rayonda yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirildiyinə görə, qar yağması ilə əlaqədar Qubanın Qırız və Xınalıq kəndlərində, həmçinin Qusarın Ləzə kəndində temperatur mənfi 10 dərəcəyədək enib. Qarın hündürlüyü Xınalıq və Qırızda 14 santimetr, Ləzə kəndində isə 10 santimetrdir.

Qar səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.

Daha təhlükəli sayılan Quba-Xınalıq yoluna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları nəzarət edir. Yolun qarla örtülən hissəsi təmizlənib, əraziyə qum-duz qarışığı səpilib.

Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.

Etikxeber.az

Read Previous

Restoran yandı – PAYTAXTDA

Read Next

“Mercedes” markalı mikroavtobus maneəyə çırpıldı – 2 NƏFƏR ÖLDÜ, 5 NƏFƏR XƏSARƏT ALDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir