“Xirtədəyəcən borcun içindəyəm…Dövlət mənə Sumqayıtda bir otaqlı mənzil verib…Artıq onu satmaq, borclardan qurtulmaq istəyirəm…Heç bilmirəm niyə, nəyə görə yaşayıram?! Dözə bilmirəm, gücüm qalmayıb…”- İKİ MEDALLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ QAZİSİ XƏYAL SƏFƏRLİ… QAZİNİN FƏRYADINI DUYAN, EŞİDƏN, ONA KÖMƏK ƏLİ UZADAN, İNTİHAR FİKRİNDƏN UZAQLAŞDIRAN OLACAQMI? – FOTOLAR

Xəyal Mübariz oğlu Səfərli…

İkinci Vətən Müharibəsi iştiraksı, Vətən sevdalısı…

İkinci qrup müharibə-Qarabağ əlili…

Xəyal əslən Tərtər rayonundandır…

1995-ci ilin avqust ayının 17-də dünyaya gəlib…

Ailədə iki qardaş olublar…

Xəyal Tərtərdə dünyaya gəlsə də, Sumqayıtda yaşayıb, böyüyüb boya-başa çatıb…

Atası onları tərk etdiyi üçün analarının himayəsində böyüyüblər…

Anaları onlara həm analıq, həm də atalıq edib və Xəyal 16 yaşında olarkən, 2011-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişib…

Ata nəvazişi, ata qayğısı görməyən Xəyal bu dəfə həyatının ikinci-ən böyük zərbəsini alıb, anasız qalıb…

Xəyal orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə, Əsgərliyə yollanıb və Vətənə xidmət borcunu yerinə yetirdikdən sonra müxtəlif sahələrdə çalışıb…

2019-cu ildən isə həyatını yenidən ordu, hərb ilə bağlayıb, Daxili Qoşunlarda-MAXE kimi fəaliyyət göstərib…

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərə atılıb…

Döyüş yolu isə Şuşayacan davam edib…

Füzuli, Xocavənd, Şuşa istiqamətlərində döyüşüb və Şuşa şəhəri azad olunan gün, müharibənin başa çatmasına cəmi iki gün qalmış-noyabrın 8-də Şuşada ağır yaralanıb…

Yanına top mərmisinin düşməsi nəticəsində ayağından, sol qolundan, döş qəfəsindən, çiynindən və ürək nahiyəsindən yaralanıb…

Uzun müddət Ağcabədidə yerləşən hərbi hospitalda, Mərkəzi Klinik Xəstəxanada, “Modern” hospitalda, o cümlədən qardaş Türkiyədə müalicə-müayinə alıb, bir neçə dəfə əməliyyat olunub…

Sol qoluna protez qoyulub, ürəyinə stend yerləşdirilib…

Səhhətində hələ də ciddi problemlər qalmaqdadır, şiddətli ağrılar davam etməkdədir…

“Füzulinin azad olunmasına görə” və “Vətən mühasribəsi iştirakçısı” medalları ilə təltif olunub…

Xəyal iki dəfə ailə həyatı qurub…

Birinci evliliyindən bir qızı var…

İkinci evliliyindən isə övladı yoxdur…

İkinci həyat yoldaşının da səhhətində ciddi problemlər var, uzun müddətdir müalicələr alır, hətta ağır əməliyyatdan belə keçib…

Hamısı da Xəyalın öz maddi vəsaiti hesabına…

Hamısı da banklardan, lombardan götürdüyü kreditlər, o cümlədən sələmlər hesabına…

Banklara da nə az-nə çox, düz 38 min borcu var…

Qızılları, telefonu belə lombardadır…

Xəyal deyir ki, vəziyyəti, durumu ilə döymədiyi qapı, ağız açmadığı kimsə qalmayıb, amma heç bir faydası olmayıb…

Sadəcə, quru vədlər verilib, başqa heç nə…

Əli hər yerdən üzüldüyü üçün hətta intihara cəhd edib, damarlarını doğrayıb, siçan dərmanı içib, özünü asıb…Amma son anda qurtarılıb…

Və deyir ki,əl uzadılmasa, ona köməklik göstərilməsə, başqa çarəsi qalmayacaq, yenə intihara cəhd edəcək…

“İnanın, başqa çarəm, çıxış yolum yoxdur…Heç yerdə işləyə bilmirəm…Yoldaşım da ağır xəstədir…Xirtədəyəcən qədər borcun içindəyəm…Dövlət mənə Sumqayıtda bir otaqlı ev-mənzil verib…Artıq onu satmaq, borclardan qurtulmaq istəyirəm… Bir tərəfdən banklar, bir tərəfdən lombard, bir tərəfdən sələm…Sələmə pul götürmüşəm…Hər gün pul yiyələri qapımı kəsdirir…Aldığm pensiyadadan da özümə 5-6 manat qala-qalmaya…Hamısı borclara çıxılır…İndi siz deyin, mən nə edim, necə dolanım? Vallah, intihardan başqa yolm yoxdur…Bu dəfə elə edəcəyəm ki, kimsə bilməsin, birdəfəlik canım bu həyatdan, cəhənnəm əzabından qurtarsın…Heç bilmirəm niyə, nəyə görə yaşayıram?! Dözə bilmirəm, gücüm qalmayıb”-deyə, Xəyal bildirir…

Və sadəcə, sözün bitdiyi, tükəndiyi yer…

Qazimizə, Vətən sevdalımıza təsəlli verəcək söz belə tapmıram…

Sözlər, kəlmələr belə acizdir bu məqamda…

Yenə də ona intihar fikrini başından atmasını, nə qədər çətin olsa belə, həyata tutunmasını, həyatına davam etməsini məsləhət görürəm…

Gücüm buna çatır…

Əlimdən başqa heç nə gəlmir…

Və söz yenə məmurların, səlahiyyət sahiblərinindir…

Laqeydliyi, biganəliyi… artıq bir tərəfə qoysunlar, artıq susmuş vicdanlarını oyatsınlar…

Vətən yolunda sağlamlığından keçən, həm özü, həm də də həyat yoldaşı ciddi sağlıq problemləri yaşayan, borclar içində boğulan, qıvrılan Xəyala əl tutsunlar, ona kömək olsunlar, onu intihara əl atmaqdan birdəfəlik yayındırsınlar!

Necə deyərlər, sonrakı peşmançılıq fayda verməz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Türkiyədə 7 günlük matəm-ELAN OLUNDU

Read Next

“Can Azərbaycan, çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu”-ƏMİNƏ ƏRDOĞAN MEHRİBAN ƏLİYEVAYA TƏŞƏKKÜR ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir